Vernibud "Qarabağ"la oyunun təxirə salınmmasına qarşıdır? - "Desələr ki, oynamayın"

"Neftçi" Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

Feb 11, 2026 - 00:40
Vernibud "Qarabağ"la oyunun təxirə salınmmasına qarşıdır? - "Desələr ki, oynamayın"

SAVASHMEDİA.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında maraqlı  "Qarabağ"la oyunun təxirə salınma ehtimalından danışıb.

O, oyunun təxira salınma qərarından narazı olması barədə mediada yayılan xəbərlərə sərt reaksiya verib:

"Bunlar hansı mediada yazılıb, nə yazıblar? Desələr oynayın, oynayacağıq. Desələr oynamayın, oynamayacağıq. Azərbaycan çempionatında 11 rəqibimiz var. Onların kimliyi fərq etməz: "Qarabağ", "Zirə" və ya "Kəpəz". İstəyirəm ki, qələbə qazanaq".

Vernidub yeni transfer olunan braziliyalı hücumçu Breno Almeyda barədə geniş danışıb. O, futbolçunun universallığını və texniki keyfiyyətlərini yüksək qiymətləndirib:

"Uzun müddətdir ki, onu izləyirik. Həm cinahlarda, həm də mərkəz hücumda yaxşı çıxış edə bilər. Yaxşı driblinq texnikası və sürəti var. Mənim ondan gözləntilərim çox böyükdür. Sabahdan başlayaraq məşqlərə qoşulacaq. Əlbəttə, kollektivə uyğunlaşması üçün vaxt lazımdır. Dərhal onu meydana buraxa bilmərəm. Tanış olmaq, məşqlərdə izləmək lazımdır".

Oğuz