“Geri addım atmayacağam, vəzifəmin başındayam” – Sadettin Saran

“Fənərbağça” idman klubunun prezidenti Sadettin Saran istefa verəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Dec 31, 2025 - 19:13
“Geri addım atmayacağam, vəzifəmin başındayam” – Sadettin Saran

SAVASHMEDİA.az xəbər verir ki, S.Saran bildirib ki, istefa vermək fikri yoxdur:

“Mövsümün sonuna qədər vəzifəmin başında olacağam. Mövsüm bitən kimi idarə heyəti fövqəladə iclas çağıracaq. Mayın sonuna qədər tək hədəfim “Fənərbağça”nın çempion olmasıdır. Bəlkə də, həyatımda ilk dəfədir ki, deyəcəyim sözləri bu qədər diqqətlə seçirəm. Vəzifəyə seçildikdən sonra çox danışmamışam, gördüyünüz kimi çox danışmağa üstünlük verməyən prezidentəm. Son günlərdə hamının diqqətlə izlədiyi prosesin içindəyəm. Haqqımda əsassız günahlandırmalar və eyhamlar var. Əsası olmayan narkotik iddialarının mərkəzindəyəm. Geri addım atmamışam. Lakin hər birinə ayrı-ayrı cavab verməyəcəyəm, çünki bu “Fənərbağça”nı mübahisə obyektinə çevirəcək. Ancaq bunu deyə bilərəm ki, həyatım boyu sağlam həyat tərzinin tərəfdarı olmuşam və ömrümü idmana həsr etmişəm. Cinayət işində adı çəkilən maddəni nə istifadə etmişəm, nə də yaxından görmüşəm”.

Banu