Putinin sədrliyi ilə keçirilən iclasda halı pisləşdi - Kadırov xəstəxanaya aparıldı

Çeçenistan lideri Ramzan Kadırov xəstəxanaya aparılıb.

Dec 31, 2025 - 19:55
Dec 31, 2025 - 22:11
Putinin sədrliyi ilə keçirilən iclasda halı pisləşdi - Kadırov xəstəxanaya aparıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda baş verib.

Belə ki, gərgin keçən iclas zamanı halı pisləşən R.Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra çeçen lider özünə gəlib, bir müddət sonra xəstəxanadan evə buraxılıb. Kadırovun səhhətindəki problemin nə olduğu açıqlanmayıb.

Xatırladaq ki, son bir ildir R.Kadırovun səhhətinin ağır olması ilə bağlı mediada xəbərlər yayımlanır. Hətta bir müddət öncə onun öldüyü xəbəri yayılıb.

Banu