Avropa ölkələrində Ukraynaya dəstək aksiyaları keçirildi

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun 3-cü ildönümü ilə əlaqədar Avropa ölkələrində nümayişlər keçirilib. 

Feb 24, 2025 - 16:46
Avropa ölkələrində Ukraynaya dəstək aksiyaları keçirildi

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiyanın təcavüzünün dəf edilməsində Kiyevə dəstəklərini ifadə ediblər.

Brüsseldəki aksiya zamanı bir neçə min nümayişçi Ukrayna himnini oxuyub və “Rusiya bədəlini ödəməlidir”, “Ukraynaya eşq olsun”, “Avropa üçün sülh, Ukrayna üçün qələbə” şüarlarını səsləndiriblər.

Nümayiş zamanı ukraynalıların, demək olar ki, hər gün Rusiya bombardmanı zamanı eşitdiyi hava hücumunun həyəcan səsi işə salınıb.

Praqada keçirilən nümayişə Çexiya prezidenti Petr Pavel də qatılıb. Aksiyaçılar qarşısında çıxış edən çex prezidenti bildirib ki, Rusiya Ukrayna ərazisini işğal etməklə təcavüzkara çevrilib və beynəlxalq hüququ pozub. 

Xatirə SADİQ