“Ukrayna və Avropa ilə danışıqlara hazırıq, amma…” – Lavrov
“Rusiya Federasiyası Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin yalnız nəticə Rusiya tərəfini qane edərsə, hərbi əməliyyatlar dayandırılacaq”.
SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Biz həm Ukrayna, həm də Avropa ilə, xoş məramla sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndələrlə danışıqlara hazırıq. Lakin biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, bu danışıqlar Rusiya Federasiyasını qane edən qəti və dayanıqlı nəticə versin”, - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bunu açıq şəkildə bəyan edib. “Sözsüz ki, yerlərdəki reallıqlar nəzərə alınmalıdır", - deyə rusiyalı nazir əlavə edib.
Xatirə SADİQ