Türkiyə və Özbəkistan millilərinin DÇ-2026-dakı matç günləri və saatları - CƏDVƏL

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il futbol üzrə Dünya Çempionatında türk dünyasını iki komanda – Türkiyə və Özbəkistan təmsil edəcək. 

Jun 2, 2026 - 15:27
Jun 2, 2026 - 16:12
Türkiyə və Özbəkistan millilərinin DÇ-2026-dakı matç günləri və saatları - CƏDVƏL

SAVASHMEDİA.az xatırladır ki, Özbəkistan tarixində ilk dəfə mundialın final mərhələsində çıxış edəcək.

Türkiyə D qrupunda ABŞ, Avstraliya və Paraqvayla qarşılaşacaq. 

Türkiyənin qrup mərhələsindəki oyunları Bakı vaxtı ilə aşağıdakı saatlarda başlayacaq:

14 iyun, saat 08:00 – Avstraliya – Türkiyə
20 iyun, saat 08:00 – Türkiyə – Paraqvay
26 iyun, saat 06:00 – Türkiyə – ABŞ

Özbəkistan isə K qrupunda Portuqaliya, Kolumbiya və Konqo DR ilə mübarizə aparacaq. 

Özbəkistanın oyun cədvəli isə belədir:

18 iyun, saat 05:00 – Özbəkistan – Kolumbiya
23 iyun, saat 20:00 – Portuqaliya – Özbəkistan
28 iyun, saat 02:30 – Konqo – Özbəkistan

Oğuz