“Sabah” ÇL-də ilk qələbəsini qazandı

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib. 

Jul 7, 2026 - 22:52
“Sabah” ÇL-də ilk qələbəsini qazandı

SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” 1-ci təsnifat mərhələsində TNS-lə üz-üzə gəlib və ÇL-də debüt matçında 2:0 hesablı qələbə qazanıb.

Masazır təmsilçisinin qollarına Velko Simiç, (66) və Kaheem Parris (83) imza atıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.