Tanınmış məşqçinin qızı Rusiya vətəndaşlığından imtina etdi

Rusiyalı fiqurlu konkisürənlər Qleb Smolkin və Diana Devis Rusiya idman vətəndaşlığından imtina etmək qərarına gəliblər.

Oct 4, 2024 - 13:05
Tanınmış məşqçinin qızı Rusiya vətəndaşlığından imtina etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə idmançılar “Sports”a müsahibəsində deyiblər.

İdmançılar nəzərə çatdırıblar ki, Rusiya yığma komandasını tərk etmək qərarına birgə gəliblər. Onlar bu qərarı 6 ay öncə Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılması ilə izah ediblər. Fiquristlərin fikrincə, beynəlxalq yarışlara buraxılmağın uzun müddət alınmayacağı aydınlaşıb.  

Qeyd edək ki, Rusiyanın tanınmış məşqçi Eteri Tutberidzenin qızı Diana Devis tərəfmüqabili Smolkinlə birlikdə Rusiyadan Gürcüstan vətəndaşlığına keçib. Bundan sonra onlar keçən il Budapeşt və Astanada keçirilən “Challenger” seriyasından olan yarışların qalibi olublar. Hazırda onlar Monreal Akademiyasında məşq edirlər.

Xatirə SADİQ