Messidən İLK AÇIQLAMA - "Biz heç vaxt təslim olmuruq"
Argentina millisinin kapitanı Lionel Messi Misirlə keçirilən dramatik oyundan sonra emosiyalarına hakim ola bilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, final fitindən sonra göz yaşlarını saxlaya bilməyən Messi sona qədər qələbəyə inandıqlarını deyib.
"Bu komanda heç vaxt təslim olmur. Hesab 0:2 olanda da inanırdıq ki, geridönüş edə biləcəyik. Final fitinə qədər mübarizə apardıq və bunun bəhrəsini gördük", - argentinalı ulduz bildirib.
Messi rəqibi də dəyərləndirib: "Misir çox yaxşı oynadı və bizi çətin vəziyyətə saldı. Belə oyunlar göstərir ki, Dünya Kubokunda heç bir rəqibi zəif hesab etmək olmaz".
39 yaşlı futbolçu matçın ilk hissəsində penaltini qaçırsa da, ikinci hissədə həm qol vurub, həm də məhsuldar ötürmə edərək Argentinanın möhtəşəm geridönüşündə əsas fiqurlardan biri olub.
DÇ-2026-nın 1/8 finalında Misir qarşısında 0:2 hesabı ilə geridə olan Argentina son dəqiqələrdə inanılmaz geridönüş edərək 3:2 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.
Səlcuq