Tramp Ərdoğanı görən kimi soruşdu - "Bilirsən, bu neçəyədir?

Türkiyədə keçirilən NATO sammiti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan ilk dialoq maraq doğurub. 

Jul 7, 2026 - 22:01
Jul 7, 2026 - 22:23
Tramp Ərdoğanı görən kimi soruşdu - "Bilirsən, bu neçəyədir?

SAVASHMEDİA.az xəbər verir ki, liderlərin ilk söhbəti siyasi məsələlərlə bağlı yox, Trampın yeni prezident təyyarəsinin qiyməti haqda olub.

Donald Tramp Ərdağanla söhbətində yeni təyyarəsinə işarə edərək, "bu, təyyarənin ilk uçuşudur. onun təxminən 800 milyon dollar qiyməti var", deyib. Ərdoğan isə "bəli, bilirəm, bu barədə eşitmişəm" cavabını verib.

Tramp təyyarənin Qətər tərəfindən ABŞ-yə hədiyyə edildiyini və tamamilə yeni olduğunu söyləyib.
 
Liderlərin görüşü zamanı diqqət çəkən digər məqam isə Donald Tramp fəxri qarovulun qarşısından keçərkən türkcə "Merhaba asker" deməsi olub. 

Tramp və Ərdoğan daha sonra qapalı görüş keçirərək NATO gündəliyi, regional təhlükəsizlik və ikitərəfli münasibətləri müzakirə ediblər.

Aytən