"Türkiyədə keçirilməsəydi, gəlməzdim, Ərdoğan isə..." - Trampın Ankara açıqlamaları

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində gözlənilməz açıqlamalar verib.

Jul 7, 2026 - 20:47
"Türkiyədə keçirilməsəydi, gəlməzdim, Ərdoğan isə..." - Trampın Ankara açıqlamaları

SAVASHMEDİA.az xəbər verir ki, öncə NATO-nu tənqid edən Tramp daha sonra bildirib ki, alyans İranla bağlı son hadisələr zamanı ABŞ-yə kifayət qədər dəstək verməyib.

"NATO-nun bu davranışı mənim üçün xoş olmadı. Doğrusu, NATO-dan çox narazıyam, onlar məni məyus edib. Onlar bizə kömək lazım olanda, bunu etmədilər. Əgər sammit Türkiyədə keçirilməsəydi, bəlkə də gəlməzdim", - ABŞ prezidenti bildirib.

Donald Tramp çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib. O, Ərdoğanı uzun illərdir tanıdığını və münasibətlərinin yaxşı olduğunu deyib.

"Ərdoğan mənim dostumdur. O, güclü liderdir və onunla həmişə yaxşı münasibətlərim olub", - Tramp əlavə edib.

Səlcuq