Trampdan Meloni barədə gözlənilməz ETİRAF - "Mənə yaxınlaşmaması üçün..."

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə münasibətlərinin əvvəlki kimi olmadığını deyib.

Jul 7, 2026 - 20:20
Trampdan Meloni barədə gözlənilməz ETİRAF - "Mənə yaxınlaşmaması üçün..."

SAVASHMEDİA.az xəbər verir ki, Tramp Meloninin yaxşı insan olduğunu, lakin İtaliyanın ABŞ-yə dəstək verməkdən imtina etməsindən sonra onunla münasibətlərinin soyuduğunu etiraf edib.

Trampın narazılığı İtaliyanın İranla bağlı məsələdə ABŞ-nin bəzi addımlarını dəstəkləməməsi ilə əlaqədardır. O hesab edir ki, Roma bu məsələdə Vaşinqtona daha çox kömək etməli idi.

Tramp bununla da kifayətlənməyib. O, Corcia Meloni ilə bağlı istehzalı paylaşımı ilə də diqqət çəkib. ABŞ prezidenti ikisinin birlikdə olduğu fotonu paylaşaraq, "Onun mənə yaxınlaşmaması üçün məhkəmə qərarına ehtiyac ola bilər" ifadəsini işlədib.

Xatırladaq ki, ABŞ-də bu cür məhkəmə qərarı bir şəxsin digərinə yaxınlaşmasını qadağan edən hüquqi tədbir kimi tanınır. Trampın bu sözləri zarafat və istehza məqsədilə yazdığı bildirilir. Bununla o, Corcia Meloninin guya ona həddindən artıq maraq göstərdiyinə işarə vurumaq istəyib. 

Səlcuq