Belçika azarkeşləri ABŞ bayrağını yandırdı - "Tramp, bunu istəyirdin?"
Belçikanın ABŞ üzərində 4:1 hesablı qələbəsi təkcə futbol meydanında deyil, küçələrdə qeyd edilib.
SAVASHMEDİA.az xəbər verir ki, DÇ-2026-nın 1/8 finalındakı qələbədən sonra minlərlə azarkeş Brüssel və ölkənin digər şəhərlərdə küçələrə axışaraq komandanın uğurunu qeyd edib.
Xarici medianın yazdığına görə, Belçikanın bir sıra şəhərlərində azarkeşlər ABŞ bayrağını yandıraraq "Tramp, bunu istəyirdin?" şüarları səsləndiriblər.
Buna səbəb prezident Donald Trampın ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvi üçün FIFA rəhbərliyinə təzyiq göstərməsi olub. Trampın bu addımı Belçikada sərt etirazlarla müşaiyyət olunub.
Qələbədən sonra Belçika millisinin futbolçuları da Trampa eyham vuran hərəkətləri ilə diqqət çəkiblər. Komandanın sosial media hesabında Romelu Lukakunun qolundan sonra çəkilmiş foto "Overturn this" ("Bunu da ləğv edin") yazısı ilə paylaşılıb. Futbolçular isə meydanda Trampın məşhur rəqs hərəkətlərini təqlid edərək rəqibə və ABŞ prezidentinə istehzalı mesaj göndəriblər.
Oğuz