Hörmüzdə QIRĞIN siqnalı: Trampdan sərt əmr - “Məhv edəcəyik!”
Yaxın Şərqdə vəziyyət kritik həddə çatır. ABŞ Prezidenti Donald Trampın son açıqlaması regionda hər an böyük toqquşmanın başlaya biləcəyi mesajını verir.
Tramp açıq şəkildə bəyan edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri artıq Hörmüz boğazında nəzarəti ələ almağa başlayır: “Bütün gəmilər izlənəcək, lazım gələrsə saxlanılacaq. Heç kim qaydaları poza bilməyəcək”.
Bu addım faktiki olaraq dünyanın ən strateji su yollarından birinin ABŞ nəzarətinə keçməsi deməkdir.
Dənizin minalanması gərginlik yaradıb
ABŞ lideri İranı açıq şəkildə ittiham edib və vəziyyəti “qlobal şantaj” adlandırıb: “Onlar deyir ki, haradasa mina ola bilər. Amma harada olduğunu yalnız özləri bilirlər. Bu, dünyaya təzyiq vasitəsidir”.
Trampın açıqlamasında ən diqqətçəkən məqam isə birbaşa hərbi müdaxilə siqnalıdır. O bəyan edib ki, ABŞ qüvvələri boğazdakı minaları zərərsizləşdirəcək. O eyni zamanda şübhəli gəmilərin saxlanılacağını və İranla gizli ödəniş əlaqələri quranlara qarşı sərt tədbirlər görüləcəyini deyib.
Açıq hədə: "Məhv edəcəyik"
O, niyyətini gizlətməyə belə ehtiyac duymadan açıq şəkildə xəbərdarlıq edib: “Atəş açan məhv ediləcək. ABŞ qüvvələrinə və ya mülki gəmilərə hücum edənlərəin sağ qalmaq şansı olmayacaq”.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft tədarükünün əsas damarlarından biri sayılır. Burada baş verəcək hər hansı eskalasiya neft qiymətlərini kəskin artıra və qlobal ticarəti iflic edə bilər.
Səlcuq
SAVASHMEDİA.az