Ərdoğan qərarını verdi, namizəd özü olacaq - Növbədənkənar seçki ELANI
Ankaradakı siyasi dairələr uzun müddətdir, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd olub-olmayacağını müzakirə edir.
SAVASHMEDİA.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) nəhayət ki, ölkə parlamentinə erkən seçkilərlə bağlı qərar təklif etmək niyyətini ortaya qoydu.
Xatırladaq ki, belə bir addım Rəcəb Tayyib Ərdoğanın üçüncü prezidentlik müddətinə namizədliyinin yolunu açacaq.
AKP sədrinin müavini Mustafa Elitaş erkən seçkilərin 2027-ci ilin noyabr ayında keçiriləcəyini açıqlayıb. Bunun ardınca, 22 fevralda verdiyi müsahibədə AKP-nin təşkilati işlər üzrə sədr müavini Əhməd Böyükgümüş məqsədin Ərdoğana yenidən namizədliyini irəli sürmək və qalib gəlmək imkanı vermək olduğunu təsdiqləyib.
"Bunun baş verməsi üçün parlament 360 səslə növbədənkənar seçkilər barədə qərar verməlidir. Biz bunun baş verməsi üçün əlimizdən gələni edirik", - deyə o vurğulayıb.
Bildirək ki, Türkiyə Konstitusiyasına görə, Ərdoğan yalnız parlament 360 səslə növbədənkənar seçkilər təyin edərsə, yenidən namizədliyini irəli sürə bilər.
Lakin AKP-nin 275 yeri var, müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) isə cəmi 47 yeri var. Buna görə də, müşahidəçilər " AKP-nin ilk hədəfinin hakim partiyadan ayrılaraq "Gələcək" və "DEVA" siyasi partiyalarını quran millət vəkilləri olacağını proqnozlaşdırırlar.
Lakin siyasi analitiklər hesab edirlər ki, millət vəkillərini "ovlamaq" kimi mürəkkəb vəzifədən başqa, Ərdoğanın seçkilərdə iştirakının yolunu açmaq üçün digər hüquqi variantlar da mövcuddur.
Bunlardan biri DEM partiyası ilə bağlıdır. DEM-in 56 millət vəkili var: son aylarda hökumətlə partiya arasında mümkün hüquqi dəyişikliklərlə bağlı əlaqələr qurulub. Ankaradakı mütəxəssislər partiyaların Konstitusiyaya kiçik dəyişikliklər barədə razılığa gələ biləcəklərini istisna etmirlər.
Oğuz