Ərdoğan Bağçalının evinə getdi - Qapalı görüş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib.

Nov 12, 2025 - 20:31
Nov 12, 2025 - 20:32
Ərdoğan Bağçalının evinə getdi - Qapalı görüş

SAVASHMEDİA.az “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.

Bildirilib ki, Ərdoğan iqamətgahın qarşısında MHP lideri tərəfindən qarşılanıb. Onlar media nümayəndələrinin qarşısında əl sıxaraq birgə foto çəkdiriblər. Daha sonra iki lider qapalı görüşə keçiblər.

Görüşün mövzusu və detalları barədə hələlik məlumat verilməyib