Azərbaycanda yanacaqdoldurma məntəqəsi yanır, zəhərlənənlər var 

Naxçıvanda yanacaqdoldurma məntəqəsi yanğın baş verib.

Nov 12, 2025 - 19:49
Azərbaycanda yanacaqdoldurma məntəqəsi yanır, zəhərlənənlər var 

SAVASHMEDİA.az xəbər verir ki, yanğın hadisəsi Naxçıvan şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin anbarında qeydə alınıb.

Yanğın hadisəsi nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Onlara lazımi tibbi yardım göstərilib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Naxçıvan Şəhər Dövlət Yanğından mühafizə hissəsinin rəis müavini Nəsimi Hüseynovun verdiyi məlumata görə, yanğın tam olaraq söndürülüb.