Trampla Suriya prezidenti arasında zarafat - VİDEO

Ağ Evdə ABŞ lideri Donald Trampla Suriya Prezidenti Əhməd əl Şaraa arasında görüş keçirilib.

Nov 12, 2025 - 19:22
Nov 12, 2025 - 19:45
Trampla Suriya prezidenti arasında zarafat - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, görüşdən sonra prezidentlər bir-birinə hədiyyələr təqdim ediblər.

Tramp Şaraaya xüsusi hazırlanmış ətir bağışlayıb. İkinci ətri təqdim edərkən “Bu, həyat yoldaşın üçündür. Neçə xanımın var?” sualını verib.  Suriya prezidenti gülərək “Təbii ki, bir” deyib.

Şaraa isə Trampa və xanımına Suriya mədəniyyətini əks etdirən əl işi tarixi əsərin kopyasını hədiyyə edib.

“Əsərin ikinci hissəsi də birinci xanım üçündür” deyən Şaraa Trampa “bəs sənin neçə həyat yoldaşın var?” sualını ünvanlayıb.

Şaraanın zarafata zarafatla cavab verməsi Trampı güldürüb və cavabında “hələ ki, bir” deyib.

Qeyd edək ki, Tramp-Şaraa dialoqu qısa zamanda gündəm olub və “diplomatiyada mizahın gücü” kimi qiymətləndirilib.

Banu