Rusiya Ermənistana etiraz məktubu hazırlayır - SƏBƏB
Rusiya baş nazirin müavini Aleksey Overçuk Ermənistana etiraz məktubu hazırladıqlarını bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu söyləyib.
“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistan baş nazirinin müavini Qriqoryan – red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram. Fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları – red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir”, - Overçuk bildirib.
Oğuz