İmamoğludan Kılıçdaroğluya sərt sözlər - "Bu sözlərə dözə bilmirəm"
Həbsdə olan bələdiyyə sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu partiyanın sabiq sədri Kamal Kılıçdaroğluya sərt reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Kılıçdaroğlunun CHP-li bələdiyyə sədrlərinin həbsi ilə bağlı keçirilən mitinq və aksiyaları doğru hesab etmədiyini bildirməsidir.
“Partiyamıza qarşı böyük əməliyyat başlanıb. CHP-nin prezidentliyə namizədi, bələdiyyə sədrlərimiz, vicdanlı və əxlaqlı bürokratlarımız həbsdə ikən deyilən bu sözlər insanı dərindən yaralayır. Böyük bir xəyanətlə üz-üzəyəm. Özümü çox pis hiss edirəm. Bu sözlərə dözə bilmirəm” – İmamoğlu bildirib.
İmamoğlu qeyd edib ki, ortada bir suç varsa, Kılıçdaroğlu da ona ortaqdır:
“Məhbusamsa, hələ də ədalət, demokratiya və ölkəm üçün mübarizə aparıramsa, bunun üçün günahkar elan olunuramsa, ən böyük suç ortağım Kamal Kılıçdaroğludur. Çünki 13,5 ildir Kamal Kılıçdaroğluya xidmət edirəm, biz bu mübarizənin böyük hissəsində yol yoldaşı olmuşuq”.
Banu