Zurabişvili ölkədən qaçmayacağını bəyan etdi - "Prezidentəm və xalqımla birlikdəyəm"
Gürcüstan prezidenti Salome Zurabişvili Belarus demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya kimi sürgündə prezident olmaq niyyətində olmadığını bildirib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Zurabişvili bu barədə Polşanın “TVP World” telekanalına müsahibəsində deyib.
“Gürcüstanı tərk etmək məsələsinə münasibət bildirməyə dəyməz. Mən sürgündə olanda Tixanovskaya və ya Venesuela prezidenti Edmundo Qonsales kimi olacağım barədə ehtimallar görürəm. Mən həm də Saxarov mükafatının verildiyini də eşitmişəm. Mən bunu istəmirəm. İndi mənə xalqımla birlikdə olmaq lazımdır”, - deyə Zurabişvili vurğulayıb.
Xatırladaq ki, əsasən hakim “Gürcü arzusu”nun nümayəndələrindən ibarət Seçicilər Kollegiyası dekabrın 14-də Qərbin sərt tənqidçisi Mixail Kavelaşvilini ölkənin yeni prezidenti seçib. Onun andiçmə mərasimi dekabrın 29-na təyin edilib.
Bununla belə, Zurabişvili hazırkı hökuməti “qeyri-legitim” adlandırır və səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident qalacağını bildirir.
Xatirə SADİQ