Ərdoğanın baş müşaviri İmamoğlunu təhqir etdi, məhkəməni hədələdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral İstanbulun bələdiyyə sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunu təhqir edib.
SAVASHMEDİA.az xəbər verir ki, O. Saral İmamoğlunun məhkəməsindən çəkilən görüntüləri əsas gətirərək məhkəmə heyətinin vəzifədən azad edilməsini istəyib.
“Bu yöndəmsizə bu şouları göstərməyə kim şərait yaradır? Məhkəmə iclasları mediaya qapalı keçirilməlidir. Telefon və kameranın məhkəmə zalına keçirilməsi qadağandır. Buna icazə verən məhkəmə heyəti vəzifədən azad edilməlidir. Hakimlər və Prokurorlar Şurasını (HSK) vəzifəsini yerinə yetirməyə dəvət edirəm” – Saral bildirib.
Qeyd edək ki, Ə. İmamoğlu bu il 27 yanvarda təşkil etdiyi “Turpun böyüyü” adlı mətbuat konfransında səsləndirdiyi fikirlərə görə ittiham olunub. Bu səbəbdən də o, dünən “ekspert və şahidi təsir altına almağa cəhd” və “ədalətli mühakiməyə təsir göstərməyə cəhd” ittihamları ilə hakim qarşısına çıxarılıb.
Məhkəmənin növbəti iclası 12 dekabra ertələnib.
Banu
Mövzu ilə əlaqəli xəbərin linki: https://savashmedia.az/ekrem-imamoglu-taninmaz-halda-son-goruntusu