"ABŞ Zelenskiyə təzyiq edir, deyirlər ki..." - Ukrayna Prezidentinin ofisi

ABŞ 25 yaşınadək olan Ukrayna vətəndaşlarının səfərbərliyə cəlb olunması üçün prezident Vladimir Zelenskiyə təzyiq göstərməyə başlayıb.

Oct 15, 2024 - 19:15
"ABŞ Zelenskiyə təzyiq edir, deyirlər ki..." - Ukrayna Prezidentinin ofisi

Bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Sergey Leşenko sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu prosesdə ABŞ-ın hər iki siyasi partiyası iştirak edir. Bu təzyiqlərə arqument kimi Vyetnam müharibəsi zamanı ABŞ-nin səfərbərliyə 19 yaşlı vətəndaşları cəlb etməsi göstərilir.

Qeyd edək ki, bir qədər əvvəl “Səs” fraksiyasından olan deputat Roman Kostenko hazırda Ali Radanın 20 yaşadək olan şəxslərin orduya cəlb olunmasını müzakirə etdiyini açıqlayıb.

apa