Sazişi aprelin 24-də imzalayacağıq - Tramp elan etdi  

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin 24 aprel tarixində imzalanacağını bəyan edib.

Apr 17, 2025 - 23:26
Sazişi aprelin 24-də imzalayacağıq - Tramp elan etdi  

Bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ondan sənədin bu həftə ərzində imzalanıb-imzalanmayacağı soruşulub. Tramp isə cavabında deyib:
"Minerallarla bağlı bir razılaşmamız var və güman edirəm ki, bu gələn cümə axşamı imzalanacaq. Onların sazişin şərtlərini yerinə yetirəcəyini düşünürəm, baxarıq", – deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ  və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı.