Əfsanəvi türk müğənnisini balkondan kim atıb? - Dünənki olayın VİDEOsu yayıldı

Ötən gün faciəvi şəkildə həyatını itirən Türkiyənin əfsanəvi müğənnisi Güllünün ölümü ilə bağlı yeni detal ortaya çıxıb.

Sep 27, 2025 - 15:39
Sep 27, 2025 - 15:43
Əfsanəvi türk müğənnisini balkondan kim atıb? - Dünənki olayın VİDEOsu yayıldı

SAVASHMEDİA.az xəbər verir ki, ifaçının balkondan yıxılmazdan əvvəlki və sonrakı anlar kameraya düşüb.

Videoda Güllünün evdəkilərə “hər kəs hazırdırmı?” sualını verdiyi görülür. Balkondan səs eşidir, “nə olub?” sualını verir və balkona tərəf gedir. Bundan sonra qarışıq səslər gəlir və qızının arxasınca qaçaraq “anamı atıb” dediyi eşidilir. 

Müğənninin qızı və evindəki şəxslər qışqıraraq aşağı düşəndə binadakı mənzillərini zənglərini basırlar.

Sözügedən video sosial şəbəkədə yayımlanıb.

Qeyd edək ki, məşhur müğənni bu gün dəfn ediləcək.

Banu      

Mövzu ilə bağlı ilk xəbərin linki: https://savashmedia.az/turkiyenin-efsanevi-mugennisi-balkondan-yixilib-oldu-kameralara-baxilsin-video