Tanınmış bəstəkar vəfat etdi – Rusiyada
Rusiyanın Xalq artisti, bəstəkar, müğənni Vyaçeslav Dobrınin 78 yaşında Moskvada vəfat edib.
SAVASHMEDİA Rusiya KİV-nə istinadən xəbər verir ki bu barədə onun həyat yoldaşı İrina Dobrınina bildirib.
Məlum olub ki, bəstəkar sentyabrın sonunda insult şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xanımının sözlərinə görə, onun vəziyyəti ağır olub.
Vyaçeslav Dobrınin bir sıra tanınmış müğənnilərin ifa etdiyi məşhur mahnıların müəllifi kimi tanınırdı. O, Alla Puqaçova, Mixail Boyarski, Lev Leşçenko, İrina Alleqrova, Nadejda Kadışeva, Valentina Tolkunova və bir sıra musiqi qrupları üçün mahnılar bəstələyirdi.
Xatirə SADİQ