“Ukrayna Alyansın üzvü olmalıdır” - NATO-nun yeni baş katibi
“Ukrayna NATO-nun üzvü olmalıdır. Biz Ukraynanın suveren, müstəqil, demokratik ölkə kimi yaşamasını təmin etməliyik”
SAVASHMEDİA xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatı NATO-nun yeni baş katibi Mark Rutte andiçmə mərasimində bildirib.
Baş katib Kiyevə dəstəyi öz prioritetlər siyahısında ilk üç məsələdən biri adlandırıb və bildirib ki, Ukraynanın suveren, müstəqil və demokratik dövlət kimi yaşamasını təmin etmədən Avropada sabit təhlükəsizliyə nail olmaq mümkün deyil.
Digər iki məqsədi arasında o, təhdidlərin qarşısını almaq üçün Alyansın müdafiəsini gücləndirməyi, o cümlədən artan hərbi xərcləri, Avropa, Hind-Sakit okean və digər regionlardakı müttəfiqlərlə əlaqələrin gücləndirilməsini qeyd edib.
Rutte sələfi Yens Stoltenberqə müraciət edərək “Sizin sayənizdə NATO həmişəkindən daha güclü və birləşib” deyib.
Xatirə SADİQ