Paşinyan illər sonra etiraf etdi - "Çox böyük səhv etdim"

“1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb”.

Dec 24, 2024 - 11:35
Dec 24, 2024 - 11:37
Paşinyan illər sonra etiraf etdi - "Çox böyük səhv etdim"

SAVASHMEDİA.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistanda danışıqlar prosesinin digər məzmunu ilə bağlı diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün irəli sürülüb. Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd edilənlərlə bağlı xalqa açıqlama vermədim”, - deyə Paşinyan bildirib.