"Günahkaram ki, kimsə 300 manat alır?" deyən deputatın nəvəsinin BAHALI MAŞINI - FOTO
Milli Məclisin deputatı Səyyad Aranın nəvəsinin sürdüyü avtomobilin fotosu yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, fotonu araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
O bildirib ki, deputatın 25 yaşlı nəvəsi “Chevrolet Camaro” markalı avtomobil sürür.
Qeyd edək ki, həmin avtomobilin 2024-2025-ci il modellərinin təxmini başlanğıc qiyməti 30-35 min dollardan başlayır.
Xatırladaq ki, Səyyad Aran bir neçə gün öncə verdiyi müsahibədə öz maaşı ilə 300-400 manat alan şəxslərin əməkhaqlarını qarşılaşdıraraq onları təndiq edib. Az maaş alan şəxslərə təhsil almalarını məsləhət görüb və onların az əməkhaqqı almasında günahının olmadığını bildirib:
“Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır, mən tutaq ki filan qədər? Bir zəhmət çəkib oxuyardın, ali təhsil alardın, fərqlənərdin, işlədiyin idarədə, müəssisədə yeni ideyalarla çıxış edərdin. Belə cəmiyyətdə hamı dövlətli deyil ki, orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Adamlar bu gün öz istedadı ilə müəyyən bir şey kəşf edir, irəli çıxır, mükafat alır. İndi deyəcəklər ki, hamı kəşf edə bilmir axı. Ona sus otur yerində də...”
Banu