"Onları sahibsiz it kimi küçədən tutub cəbhəyə aparırlar" - Putin
“Ukraynada insanları sahibsiz itlər kimi tutub zorla cəbhəyə göndərirlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasındakı çıxışında deyib.
V.Putin bildirib ki, Rusiya vətəndaşları Müdafiə Nazirliyi ilə könüllü şəkildə müqavilə imzalayırlar. Lakin Ukraynada vəziyyət belə deyil:
“Orada, bildiyimiz kimi, hər gün televiziyada, internetdə gördüyümüz kimi, insanları sahibsiz itlər kimi tutub zorla cəbhəyə aparırlar”.
Putin çıxışında Rusiya və Ukrayna ordusunu da müqayisə edib:
“Rusiya ordusunda şəxsi heyətlə bağlı heç bir problem yoxdur. Ukrayna ordusunun şəxsi heyətinin sayı isə hər ay 8-12 min nəfər azalır”.
Banu