11 və daha çox toyuğu olanlar üçün YENİ QAYDA - Məcburidir
Rusiyada şəxsi yardımçı təsərrüfatlarda 10-dan çox ev quşu saxlayan şəxslər üçün məcburi dövlət uçotu tələbi qüvvəyə minib.
SAVASHMEDIA.az xəbər verir ki, sentyabrın 1-dən etibarən şəxsi təsərrüfatında 10-dan çox quş saxlayan şəxslər onların markalanmasını və dövlət baytarlıq uçotuna alınmasını təmin etməlidirlər.
Qayda Rusiya hökumətinin 5 aprel 2023-cü il tarixli 550 saylı qərarı ilə müəyyən edilib. 10 və daha az quş saxlayan şəxslər üçün isə keçid müddəti nəzərdə tutulub və onların uçota alınması üçün son tarix 1 sentyabr 2029-cu il müəyyənləşdirilib.
Qeyd edək ki, 11 toyuğun saxlanılması sahibkarlıq statusu yaratmır. Yeni qayda yalnız quşların baytarlıq uçotuna alınmasını nəzərdə tutur.
Rusiya qanunvericiliyində şəxsi yardımçı təsərrüfat ayrıca hüquqi kateqoriya kimi müəyyən edilir.
Xatırladaq ki, qonşu ölkədəki bu qaydanın Azərbaycanda da tətbiq edilməsinə dair təkliflər səsləndirilir.
Aytən