Yanvar ayının maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Bu gündən neft-qaz sahəsində işləməyən və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Jan 1, 2026 - 00:46
Yanvar ayının maaşı ilə bağlı MÜHÜM XƏBƏR

Vergi Məcəlləsinə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3 % vergi ödəyəcəklər.

Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.

Müvafiq olaraq növbəti illərdə, aylıq gəliri 2 500 manata qədər olanlar 2027-ci ildə 5 %, 2028-ci ildə 7 %, 2 500 manatdan 8 000 manata qədər olanların 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər hesablanacaq. (oxu24)