Azərbaycanda pensiya yaşı azaldılır? - DSMF sədrindən AÇIQLAMA

Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Jan 15, 2026 - 14:03
Azərbaycanda pensiya yaşı azaldılır? - DSMF sədrindən AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycanda kişilər və qadınların pensiya yaşı bərabərləşəcək. 

Aytən