Tramp yenə Pəhləvidən danışdı - "O, xoş biridir, amma..."
ABŞ prezidenti Donald Tramp növbəti dəfə sonuncu İran şahının oğlu Rza Pəhləvi ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu gün Oval ofisdə "Reuters"ə eksklüziv müsahibə verən Tramp İranın dini hakimiyyətinin çökə biləcəyi ehtimalından danışıb.
Tramp yenidən İranda etirazçılara qarşı zorakılığı pisləyib və bunun qarşısını almaq üçün müdaxilə edə biləcəyi ilə hədələyib.
ABŞ prezidenti daha sonra Rza Pəhləvidən söhbət açıb.
"O, mənə xoş biri kimi görünür. Amma Pəhləvinin İranda yetərincə dəstək toplayıb hakimiyyəti ələ ala biləcəyindən əmin deyil. Onun öz ölkəsində necə qarşılanacağını da bilmirəm. Və biz hələ o mərhələdə də deyilik", - Tramp deyib.
Oğuz