ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırdı? - Səfirlikdən TƏCİLİ AÇIQLAMA 

ABŞ-nin Bakıdakı səfirliyi 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiaları ilə bağlı rəsmi açıqlama yayıb.

Jan 15, 2026 - 14:16
ABŞ Azərbaycan vətəndaşları üçün vizanı dayandırdı? - Səfirlikdən TƏCİLİ AÇIQLAMA 

SAVASHMEDİA.az səfirliyin açıqlamasını təqdim edir:

"Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. Sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir".

Bildirilib ki, ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.

Aytən