Zelenski Trampın elçisini cəbhəyə aparacaq – “Gözləri ilə görsün…”
Tramp administrasiyasının Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-də Kiyevə gələcək.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski jurnalistlərə onlayn mətbuat konfransında bildirib.
“Kelloqu gözləyirik. Razılaşdıq ki, o, 20-də bizə gələcək, iki gün və bəlkə də daha çox Ukraynada olacaq. Mən onunla cəbhəyə getmək istəyirəm və o, mənimlə cəbhəyə gedəcək. Düşünürəm ki, imtina etməyəcək”, - deyə Zelenski vurğulayıb.
Ukrayna lideri nəzərə çatdırıb ki, Kelloqun şəxsən cəbhəni ziyarət etməsini və ukraynalı hərbmçilərlə ünsiyyət qurmasını istəyir.
O, qeyd edib ki, Kelloqla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirskinin, eləcə də bir neçə briqada komandirinin yanına gedəcəklər. O, güman edir ki, Trampın nümayəndəsi ukraynalı kəşfiyyatçılar və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirə biləcək, çünki Vaşinqtona real vəziyyəti və təhlükəsizlik zəmanətlərinin vacibliyini çatdırmaq mühümdür.
“Düşünürəm ki, o, ABŞ-yə qayıtdıqdan sonra prezident Trampla görüşümün nə vaxt baş tutacağını artıq biləcəyik”, - deyə Zelenski əlavə edib.
Xatirə SADİQ