Putin Hindistandan bu cavabı gözləmirdi - "Veriləcək benzinimiz yoxdur"

Hindistanın dövlət neft emalı şirkətləri Rusiyanın benzin tədarükünün artırılması ilə bağlı müraciətini qəbul etməyib.

Jul 17, 2026 - 18:10
Jul 17, 2026 - 18:59
Putin Hindistandan bu cavabı gözləmirdi - "Veriləcək benzinimiz yoxdur"

SAVASHMEDİA.az xatırladır ki, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın bir sıra neft emalı zavodlarının fəaliyyəti məhdudlaşıb. 

Bu səbəbdən Rusiyanın aparıcı enerji şirkətləri ölkədə yaranmış yanacaq çatışmazlığını aradan qaldırmaq məqsədilə Hindistandan əlavə benzin tədarükü istəyiblər.

Lakin Hindistanın üç dövlət neft şirkəti əlavə ixrac üçün kifayət qədər sərbəst benzin ehtiyatının olmadığını bildirərək Rusiyanın bu tələbini yerinə yetirə bilməyəcəklərini açıqlayıb.

Rusiya yanacaq çatışmazlığını aradan qaldırmaq üçün alternativ tədarük mənbələri axtarmağa davam edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Hindistan arasında iqtisadi və enerji əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini dəfələrlə bəyan edib.

Aytən