Çempionlara pulsuz, azarkeşlərə 150 min dollara - FİFA üzük satacaq + FOTO

FİFA 2026-cı il Dünya Çempionatının qalibi olacaq komandanın üzvlərinə xüsusi çempionluq üzükləri hazırlayıb.

Jul 17, 2026 - 17:46
Çempionlara pulsuz, azarkeşlərə 150 min dollara - FİFA üzük satacaq + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu, Dünya Çempionatı tarixində ilk belə təşəbbüsdür. 

İndiyədək mundialın qaliblərinə yalnız qızıl medallar təqdim olunurdusa, bu mundialda çempion futbolçular xüsusi hazırlanmış xatirə üzüklərinə də sahib olacaqlar.

Xüsusi çempionluq üzüklərini ABŞ-nin məşhur zərgərlik məmulartları istehsalçısı "Jostens" şirkəti hazırlayıb. Üzüyün dizaynın kubok, turnirin loqosu və digər detallardan istifadə olunub. 

FİFA bu üzüklərin kolleksiya versiyasının azarkeşlər üçün də satışa çıxarılacağını açıqlayıb. Həmin üzüklərin hər birinin qiymətinin təxminən 150 min ABŞ dolları civarında olacağı bildirilir. 

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının final oyunu 19 iyul tarixində ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadium stadionunda keçiriləcək.

Aytən