"Turan Tovuz"la oyunda təpik atan Qrinvud Türkiyədə cəzalanacaq - Son söz Həmzəzadənindir

“Fənərbaxça”nın futbolçusu Meyson Qrinvud “Turan Tovuz”la oyundakı kobud hərəkətinə görə Türkiyə Super Liqasında da cəzalandırıla bilər. 

Oct 5, 2026 - 14:21
"Turan Tovuz"la oyunda təpik atan Qrinvud Türkiyədə cəzalanacaq - Son söz Həmzəzadənindir

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) intizam qaydalarına əsasən, yoldaşlıq oyunlarında qırmızı vərəqə alan futbolçular vərəqənin verilmə səbəbindən asılı olaraq, rəsmi matçlarda da cəza ala bilər. 

Qaydalara görə, bu vəziyyətdə olan futbolçunun rəsmi oyunlarda cəzlanıb-cəzalanmayacağını matçın hakiminin hazırladığı hesabat təyin edir.

Beləliklə, Meyson Qrinvudun Türkiyə Super Liqasının bir neçə oyunundakı taleyi “Turan Tovuz” matçının hakimi Rəvan Həmzəzadədən asılı olacaq.

Xatırladaq ki, “Turan Tovuz”- “Fənərbaxça” yoldaşlıq oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Rəvan Həmzəzadənin idarə etdiyi matç gərgin və yüksək templə keçib. Matçın 34-cü dəqiqəsində fənərbaxçalı futbolçu Meyson Qrinvud “Turan Tovuz”un müdafiəçisi Roderik Millerə qarşı qəsdən və kobud hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. 

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)