“Bəyənməsələr də, Türkiyəni mən...” – Baş məşqçidən tənqidlərə SƏRT CAVAB

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella UEFA Millətlər Liqası çərçivəsində İtaliya ilə keçiriləcək oyun öncəsi açıqlama verib.

Oct 5, 2026 - 15:58
“Bəyənməsələr də, Türkiyəni mən...” – Baş məşqçidən tənqidlərə SƏRT CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, V. Montella İtaliya ilə matçın Türkiyə millisinin baş məşqçisi kimi son qarşılaşması ola biləcəyi barədə sualı da cavablandırıb.

“Mən peşəkar biri kimi işləmək istəyimi və qalib gəlmək arzumu canlı saxlayan insanam. Ürəyim də təmizdir. Futbolun dinamikasını aydın şəkildə bilirəm. Həmişə hazırki məqama köklənirəm. Ümumiyyətlə, ağlıma başqa heç nə gəlmir. Yalnız milli komanda haqqında düşünürəm” – itailyan mütəxəssis bildirib.

Montella İtaliya mətbuatına verdiyi açıqlamada isə özünə qarşı yönəlmiş tənqidlərə sərt reaksiya verib:

“İstəyən bəyənsin, istəməyən bəyənməsin. Türkiyəni UEFA Millətlər Liqasında A Liqasına çıxaran yeganə baş məşqçi mənəm”.

Xatırladaq ki, UEFA Millətlər Liqası çərçivəsində Türkiyə-İtaliya oyunu bu gün saat 22:45-də başlayacaq.

Banu