Lavrov qəzaya uğramış AZAL təyyarəsindən DANIŞDI - "O məsələləri həll etmişik"
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya səmasında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakı arasında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələlərin həll olunduğunu bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Rusiya və Azərbaycanın aidiyyəti qurumları arasında aparılan işlər nəticə verib.
"Ali səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizin işi nəticəsində AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll etmişik", - Lavrov qeyd edib.
Məlumat üçün bildirək ki, 2026-cı ilin aprelində Moskva və Bakı kompensasiya ödənişləri ilə bağlı razılaşma əldə edib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsi 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysi həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı. Hadisə nəticəsində 38 nəfər həyatını itirmiş, 29 nəfər sağ qalmışdı.
Oğuz