FİFA Messi və Yamalın ayaq basdığı otu satışa çıxaracaq - 450 dollarlıq suvenirlərin VİDEOSU

2026-cı il FIFA Dünya Kubokunun finalı başa çatdıqdan sonra azarkeşlər üçün qeyri-adi kolleksiya satışa çıxarılacaq.

Jul 17, 2026 - 16:09
FİFA Messi və Yamalın ayaq basdığı otu satışa çıxaracaq - 450 dollarlıq suvenirlərin VİDEOSU

SAVASHMEDİA.az xəbər verir ki, FİFA iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçiriləcək Argentina - İspaniya finalından sonra meydançanın ot örtüyündən götürüləcək parçaları xüsusi kolleksiya kimi satışa təqdim edəcək.

Beləliklə, finalda Lionel Messi, Lamin Yamal və digər dünya ulduzlarının üzərində oynadığı meydançanın otundan hazırlanan suvenirlər azarkeşlər üçün əlçatan olacaq.

Hər ot parçası xüsusi şəffaf akrilik (qatran) kubun içərisində möhürlənəcək. Kubun üzərində finalın keçirildiyi tarix, stadionun adı və qarşılaşmanın yekun hesabı qeyd olunacaq. Məhsula orijinallığını təsdiqləyən sertifikat da əlavə ediləcək.

FİFA bu kolleksiyanı dörd fərqli seriyada hazırlayıb. Hər seriya 2 026 nüsxə ilə məhdudlaşdırılıb. Kolleksiya məhsullarının satış qiyməti 450 ABŞ dollarından başlayır. Daha bahalı paketlərdə isə ot parçası ilə yanaşı final topunun replikası və digər eksklüziv suvenirlər də yer alacaq.

Qeyd edək ki, 2026-cı il Dünya Kubokunun finalında Argentina və İspaniya milliləri qarşılaşacaq.

Səlcuq