"İçi Musa qarışıq hamısı ona qurban olsun" - Təranə Qumral
Müğənni Təranə Qumral Niyaməddin Musayevin qızı Röyanın Qumralın ifasını “YouTube”dan sildirməsinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, yalnız Xalq artistinə görə susduğunu bildirib:
“Onların hamısı qurban olsun Niyaməddin Musayevə. Bildiyim hər şeyi sinəmdə saxlamışam. Təkcə ona görə. 32 ildir də deyirəm ki, hamısı ona qurban olsun, içi Musa qarışıq”.
Xatırladaq ki, Qumral Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını ifa edərkən “cütlənmiş” yerinə “cütləşmiş” deyib. Onun bu ifası həm Niyaməddin Musayev, həm onun qızı Röya, həm də sosial media istifadəçilərinin qınağına tuş gəlib.
Aytən