Kartdan-karta pul köçürənlər diqqətli olsun - Kimlər yoxlanılacaq? + İZAH
Azərbaycanda kartdan-karta pul köçürmələri ilə bağlı nəzarət tədbirləri gücləndirilir.
SAVASHMEDİA.az xəbər verir ki, yeni yanaşma şəxsi bank kartlarından kommersiya məqsədilə istifadə hallarının qarşısının alınmasına yönəlib.
Belə ki, qısa müddət ərzində eyni bank kartına çoxsaylı şəxslərdən mütəmadi və yüksək məbləğdə köçürmələrin daxil olması banklar tərəfindən riskli əməliyyat kimi qiymətləndiriləcək. Belə hallarda əməliyyatlar yoxlanıla və zərurət yarandıqda aidiyyəti qurumlara məlumat verilə bilər.
Mütəxəssislər bildirirlər ki, dəyişikliklər adi vətəndaşların gündəlik pul köçürmələrinə aid deyil. Ailə üzvləri arasında edilən köçürmələr, borcun qaytarılması və digər şəxsi ödənişlər əvvəlki qaydada həyata keçiriləcək.
Nəzarət əsasən aşağıdakı hallara yönələcək:
şəxsi karta qısa müddətdə çoxsaylı fərqli şəxslərdən pul köçürülməsi;
bank kartından mütəmadi sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi;
mal və xidmətlərin ödənişinin POS-terminal əvəzinə kartdan-karta köçürmə yolu ilə qəbul edilməsi.
Qeyd edək ki, ayrı-ayrı banklar kartdan-karta köçürmələr üzrə gündəlik və aylıq limitlər tətbiq edə bilər. Bu limitlər bankların daxili qaydalarına əsasən müəyyən edilir və bir-birindən fərqlənə bilər.
Oğuz