Qədim türklərdən qalan 20 adət - Onlara bu gün də əməl edirik + SİYAHI
Türk xalqlarının minilliklər boyu formalaşan inancları bu gün də gündəlik həyatımızda yaşayır.
SAVASHMEDİA.az xəbər verir ki, bəzən fərqinə varmadan etdiyimiz hərəkətlər, riayət etdiyimiz qadağalar və qoruduğumuz adətlər əslində qədim türk dünyagörüşünün izləridir.
Bəs qədim türklərin hələ də yaşatdığımız adətləri hansılardır?
1. Müqəddəs ağaclara parça bağlamaq
Qədim türklər bəzi ağacların müqəddəs ruhların məskəni olduğuna inanırdılar. Dilək tutaraq ağac budaqlarına parça bağlamaq həmin şaman inancının davamıdır.
2. Ocağa hörmət
Od həyatın, ailənin və paklığın rəmzi hesab olunurdu. Oda tüpürmək, ocağı təhqir etmək və ya ocağı tapdalamaq yaxşı əlamət sayılmırdı.
3. Ağaca və ya taxtaya vurmaq
Xalq arasında pis bir haldan danışarkən taxtaya və ya ağaca vurmağın həmin hadisənin baş verməsinin qarşısını aldığına inanılır. Bu adət qədim türklərin müqəddəs ağac inancı ilə bağlıdır. Qədim türklər meşəyə daxil olarkən qarşılaşdıqları ilk ağaca vuraraq bəd ruhları qovduqlarına inanırdılar.
4. Axşam ev süpürməmək
Xalq arasında axşam ev süpürməyin bərəkəti apardığı deyilir. Bu inanc qədim məişət qaydalarının zamanla mistik məna qazanmış formasıdır.
5. Gecə dırnaq tutmamaq
Elektrik olmayan dövrdə gecə iti alətlə işləmək təhlükəli idi. Sonradan bu qadağa uğursuzluq gətirən inanc kimi yayılıb.
6. Eşikdə dayanıb əl verməmək
Astana qədim türklərdə müqəddəs sərhəd hesab olunurdu. Buna görə eşikdə salamlaşmaq və ya nəsə verib-almaq məsləhət görülmürdü.
7. Körpəyə nəzər muncuğu taxmaq
Uşaqları pis baxışlardan qorumaq üçün nəzər muncuğu, üzərlik və müxtəlif qoruyucu əşyalar istifadə edilirdi.
8. Üzərlik yandırmaq
Pis enerjinin və nəzərin uzaqlaşdırıldığına inanılan bu adət bu gün də bir çox ailədə davam edir.
9. Boz qurda ehtiram göstərmək
Boz qurd qədim türklərin əfsanələrində yolgöstərən və qoruyucu varlıq sayılırdı. Qurdu öldürməyin və ya söyməyin uğursuzluq gətirəcəyinə inanılırdı.
10. Çörəyi öpmək
Yerə düşən çörəyi götürüb öpmək və hündür yerə qoymaq ruzinin müqəddəs sayılmasının göstəricisidir.
11. Duzu yerə tökməmək
Duz qədim dövrlərdə çox qiymətli idi. Onun israfı uğursuzluq və bərəkətsizlik kimi qəbul edilirdi.
12. Suya hörmət etmək
Suya zibil atmaq, onu çirkləndirmək qədim türklərdə günah sayılırdı. Su həyat mənbəyi hesab olunurdu.
13. Ay tutulmasına xüsusi münasibət
Keçmişdə ay tutulması zamanı səs salmaq, qab-qacaq döymək kimi adətlər geniş yayılmışdı. Bununla pis ruhların qovulduğuna inanılırdı.
14. Saç və dırnağı hər yerə atmamaq
İnanılırdı ki, insanın saçından və ya dırnağından ona qarşı sehr məqsədilə istifadə edilə bilər.
15. Qapını fit çalaraq açmamaq
Fit çalmağın evə kasıblıq və uğursuzluq gətirdiyi barədə inanc bu gün də yaşayır.
16. Gecə fit çalmamaq
Qədim inanclara görə gecə fit çalmaq pis ruhları çağırırdı.
17. Bayquş səsinə ehtiyatla yanaşmaq
Bəzi bölgələrdə bayquşun səsi ölüm və ya pis xəbər əlaməti hesab olunurdu.
18. Yolçunun arxasınca su atmaq
Səfərə çıxan insanın ardınca su tökmək onun yolunun su kimi açıq və rahat olması arzusu ilə bağlıdır.
19. Çərşənbələrə xüsusi önəm vermək
Su, Od, Yel və Torpaq çərşənbələri qədim türk təbiət kultunun ən mühüm izlərindən hesab olunur.
20. İlk baharı bayram kimi qarşılamaq
Bahar bayramı təkcə yeni ilin başlanğıcı deyil, həm də təbiətin yenidən dirilməsi, bolluq və bərəkətin simvolu idi. İndi keçirdiyimiz Novruz bayramının bir çox elementi qədim türk inanclarına söykənir.
Hazırladı: Səlcuq