“Kiçik komandadan milyonlarla izləyiciyə” - İNFOAZ.MEDİA -nın uğur hekayəsi 

Son illərdə Azərbaycanın rəqəmsal media məkanında sürətlə yüksələn platformalardan biri olan İNFOAZ.MEDİA qısa müddətdə milyonlarla izləyicinin etibarını qazanmağı bacarıb. 

Jul 17, 2026 - 18:22
“Kiçik komandadan milyonlarla izləyiciyə” - İNFOAZ.MEDİA -nın uğur hekayəsi 

Platformanın inkişaf yolu ilə bağlı İNFOAZ.MEDİA -nın baş redaktoru Təbriz Dünyamalızadə fikirlərini bölüşüb.

– İNFOAZ.MEDİA necə yarandı?

Fəaliyyətimizə 2019-cu ildə sosial media üzərindən başladıq. Daha sonra infoaz.ws saytı istifadəyə verildi. 2026-cı ilin əvvəlində isə daha peşəkar media brendi kimi İNFOAZ.MEDİA adı ilə yenidən fəaliyyətə başladıq və rəsmi media kimi qeydiyyatdan keçdik.–

Uğurun əsas sirri nədir?

Ən vacib amil operativlik, dəqiqlik və auditoriya ilə davamlı əlaqədir. Oxucularımıza hadisələri mümkün qədər tez və etibarlı şəkildə çatdırmağa çalışırıq. Sosial şəbəkələrdə müasir təqdimat formatlarından istifadə etməyimiz də inkişafımıza mühüm töhfə verib.

– Bu gün əldə olunan nəticələri necə qiymətləndirirsiniz?

İNFOAZ.MEDİA hazırda sosial media platformalarında yüz minlərlə izləyiciyə malikdir. Son aylarda məzmunlarımız ümumilikdə 55 milyondan çox baxış toplayıb. Instagram-da 400 mindən çox, TikTok-da isə 200 minə yaxın izləyicimiz var. Bu göstəricilər komandamızın əziyyətinin və oxucularımızın bizə olan etimadının nəticəsidir.

– Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

Məqsədimiz İNFOAZ.MEDİA-nı Azərbaycanın ən nüfuzlu rəqəmsal media platformalarından birinə çevirmək, beynəlxalq auditoriyanı genişləndirmək və oxucularımıza daha keyfiyyətli, operativ və obyektiv informasiya təqdim etməkdir.
Qeyd edək ki, İNFOAZ.MEDİA qısa müddətdə əldə etdiyi uğurlarla Azərbaycanın rəqəmsal media məkanında diqqət çəkən platformalardan birinə çevrilib. Platforma gündəlik xəbər axını, sosial media fəaliyyəti və innovativ məzmun təqdimatı ilə auditoriyasını davamlı şəkildə genişləndirir.