Sudjada döyüşlər davam edir - Ukrayna mediası
Rusiya qoşunları Kursk vilayətinin Sudja şəhərinə daxil olub, amma orada döyüşlər davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Суспiльне” bölməsi Kursk vilayətində yerləşən hərbçiyə istinadən məlumat yayıb.
Həmçinin, martın 11-nə olan “DeepState” xəritəsi də Mirnı qəsəbəsindən şəhərin şərq hissəsində irəliləyişləri göstərir.
Ukrayna mediası qeyd edir ki, Rusiyanın bir sıra təbliğat kanalları rus hərbçilərinin artıq şəhərin mərkəzində olduğu iddia edilən videonu yayıblar, lakin videonun nə vaxt çəkildiyi məlum deyil.
Xatirə SADİQ