People” jurnalı bu titulu Con Krasinskiyə verdi

“People” jurnalı amerikalı aktyor, ssenarist və rejissor Con Krasinskini 2024-cü ilin “ən seksual kişisi” adlandırıb.

Nov 13, 2024 - 17:14
People” jurnalı bu titulu Con Krasinskiyə verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

45 yaşlı Krasinski eyniadlı ingilis serialının Amerika versiyasına çevrilən populyar “Ofis” sitcomunda baş rollardan biri sayəsində məşhurlaşıb.

“People” jurnalına müsahibəsində Krasinski zarafatla bildirib ki, həyat yoldaşı və həmkarı Emili Blantın nəşrin üz qabığını evin divarına yapışdırmaq vədinə \əməl edəcəyinə ümidlidir.

Krasinski onu da etiraf edib ki, mükafata ilk reaksiyası şüurunun sanki bir anlığa tutulması kimi olub və heç bir fikri olmayıb. O, əlavə edib ki, ələ salındığını düşünüb.

İndiyədək “People” jurnalının bu titulu Mel Gibson, Bred Pitt, Corc Kluni, Con Kennedi-kiçik, Devid Bekham, Con Lecend, Patrik Dempsi və digər populyar şəxslərə verilib. 

Xatirə SADİQ