“Ukraynaya saziş təklif olunmayıb” - Avropa təkzib etdi 

Avropa Komissiyası faydalı qazıntılarla bağlı Ukraynaya saziş təklif etməyib.

Feb 25, 2025 - 16:31
“Ukraynaya saziş təklif olunmayıb” - Avropa təkzib etdi 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Tomas Renye mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) 2021-ci ildən etibarən anlaşma memorandumu vasitəsilə Ukrayna ilə mühüm xammal üzrə tərəfdaşlığa malik olduğundan yeni təklif yoxdur.

“Sejurne ukraynalı həmkarları ilə görüşdü və bu memorandumu həyata keçirmək öhdəliyimizi bir daha təsdiqlədi”, - deyə Renye vurğulayıb. 

Xatirə SADİQ