Ukraynanın bərpası üçün 524 milyard dollar tələb olunur
Rusiyanın tammiqyaslı işğalının başlamasından sonra Ukrayna iqtisadiyyatının bərpasına çəkilən xərclər 524 milyard dollara yüksəlib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökumətinin analitikləri belə qənaətə gəliblər.
Onların sözlərinə görə, bu, ölkənin 2024-cü ildə proqnozlaşdırılan ÜDM-dən üç dəfə çoxdur.
Yeni tədqiqat üç il əvvəl işğalın başlanğıcından 2024-cü il dekabrın 31-dək olan məlumatları əhatə edir.
Tədqiqatda qeyd edilir ki, bərpa xərcləri keçən ilki 486 milyard dollarla müqayisədə 7%-dən çox artıb. Ən çox zərər mənzil sektoruna, nəqliyyata, enerjiyə, ticarətə və təhsil sisteminə dəyib. Tədqiqatda binalara və infrastruktura birbaşa fiziki ziyanı, müharibənin həyat və gəlirlərə təsirini və müasir standartlarla yenidənqurma xərcləri qiymətləndirilib.
Xatirə SADİQ